Zəmanət xidməti

Zəmanət xidməti

Kral İnşaat zəmanətsiz məhsul satmır.

  

Zəmanət şərtləri qanunvericiliklə tənzimlənir

 

Aldığınız hər bir məhsulun zəmanət müddəti var. Bu müddət 1,2 və ya 3 il ola bilər. Məhsulu alarkən mütləq zəmanət talonu və ya digər yazılı zəmanət öhdəlikləri tələb edin.

 

Biz sizin diqqətinizi aşağıdakı hallara cəlb etmək istəyirik. Bu hallarda zəmanət ləğv oluna bilər.

 

1. Məhsul təyinatı üzrə istifadə olunmayıbsa.

2. Məhsulun istifadə qaydalarında qeyd olunan tələblər və şərtlər pozulduğu halda.

3. Məhsul səlahiyyətsiz şəxslər tərəfindən təmir olunduqda

4. Məhsulda aşkarlanan qüsur istehsalçının nəzərdə tutmadığı şəkildə məhsulun konstruksiyasının, proqram təminatının və ya sxeminin dəyişdirilməsi səbəbindən yaranıbsa.

5.Məhsulun daxilinə kənar maddə, əşya, maye və ya həşəratların düşməsi səbəbindən yaranan nasazlıqlar və ya mexaniki zədələr aşkar olunubsa.

6. Nasazlıqlar viruslar və onlara oxşar proqramlar, parolun qurulması və ya dəyişdirilməsi, səlahiyyətsiz modifikasiya və ya yenilənmə olarsa.

 

Xahiş edirik zəmanət şərtlərinə və məhsulun istifadə qaydalarına əməl edəsiniz.